Rusiya və Azərbaycanın səfirləri iki ölkə arasında əlaqələrin gücləndirilməsini müzakirə ediblər
Bazar ertəsi Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov və Azərbaycanın Yəhudi dövlətinə təyin olunmuş səfiri Muxtar Məmmədov arasında görüş keçirilib, görüşdə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi perspektivləri müzakirə olunub. Bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.
"Dostluq şəraitində keçən fikir mübadiləsi zamanı diplomatik nümayəndəliklərin rəhbərləri qarşılıqlı maraq doğuran sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərinə toxundular. Xüsusilə, Böyük Vətən Müharibəsinin tarixi yaddaşının qorunması, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi mövzularına toxundular,eləcə də Yaxın Şərq nizamlanması problemləri” müzakirə edilib",- diplomatik nümayəndəlikdən məlumat verilib.
Azərbaycanın İsraildəki səfirliyi 2022-ci ilin noyabrında yaradılıb, yanvar ayında respublika Prezidenti İlham Əliyev Muxtar Məmmədovu diplomatik nümayəndəliyin rəhbəri təyin edib. i24 telekanalının məlumatına görə, Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi martın 29-da Təl-Əvivdə baş tutacaq və burada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi gözlənilir.
www.anews.az

Azərbaycan İsraildə səfirlik açdığını elan edən ilk şiə ölkəsi olub. İki ölkə arasında 1992-ci ildən diplomatik əlaqələr mövcuddur. 1993-cü ildən Bakıda yəhudi dövlətinin səfirliyi fəaliyyət göstərir, Azərbaycanın Tel-Əvivdə ticarət nümayəndəliyi və turizm ofisi fəaliyyət göstərir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər