• $
  • £

2022-ci ildə Ermənistanın Aİİ ölkələri ilə ticarəti 5 milyard dolları ötüb

2022-ci ildə Ermənistanın Aİİ ölkələri ilə ticarəti 5 milyard dolları ötüb
13.03.2023 21:55
Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə ticarət dövriyyəsi 2022-ci ildə 5 milyard 267 milyon dollar təşkil edib, bu barədə Ermənistan mətbuatı yayıb.

"Bu, 2021-ci illə müqayisədə 92,7% çoxdur. Eyni zamanda, Ermənistandan ixrac təxminən 2,5 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,8 dəfə çoxdur. İdxal 2,7 milyard dollar səviyyəsində dayanıb. Bu, 2021-ci illə müqayisədə 49% çoxdur”, - məlumatda qeyd olunub.

Rusiya ilə ticarət dövriyyəsi təxminən 92% artaraq 5 milyard 33 milyon dollar təşkil edib. 

Qazaxıstanla ticarət dövriyyəsi 41,9 milyon dollar təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 2,1 dəfə çoxdur.

Eyni zamanda, Qırğızıstanla ticarət dövriyyəsi 6,5 milyon dollar səviyyəsində dayanıb ki, bu da əvvəlki illə müqayisədə təxminən 3 dəfə çoxdur.

Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-dekabr aylarında Ermənistanda xarici ticarət dövriyyəsinin həcmi 14,1 milyard dollara çatıb ki, bu da 2021-ci illə müqayisədə 68,8% çoxdur. 2021-ci ilin eyni dövrü ilə müqayisədə Ermənistandan ixrac 77,7% artaraq 5,4 milyard dollar, idxal isə 8,8 milyard dollar təşkil edərək 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 63,5% artıb.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb
Dünya 18:55
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Pakistana yola düşüb

Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir
Dünya 17:44
Qətər xarici aviaşirkətlərin uçuşlarını mərhələli şəkildə bərpa edir

NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Dünya 17:11
NATO-nun baş katibi Ərdoğanla görüşəcək
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
Dünya 16:37
Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb
ABŞ-da ata yeddi övladını öldürüb
Dünya 09:33
ABŞ-da ata yeddi övladını öldürüb
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Dünya 09:25
Almaniya Yaxın Şərq gərginliyi fonunda enerji təhlükəsizliyini müzakirə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol