• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Respondentlərin 52,1%-i "Zənzgəzur dəhlizi"ni tanımadı - SORĞU

Respondentlərin 52,1%-i
16.03.2023 13:59
Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğu nəticələrinə görə respondentlərin 52,1%-i Zəngəzur dəhlizinin tarixini bilmir, 47,9%-i isə məlumatlı olduğunu bildirib. Bu barədə Sosial Tədqiqatlar Mərkəzinin hesabatında bildirilib.
 
Sorğuya əsasən, 63,3%-i Zəngəzur dəhlizini Azərbaycan-Naxçıvan və Türkiyəni birləşdirən ən qısa yol kimi görür, 54,2%-i Zəngəzur dəhlizini Naxçıvan MR-nın iqtisadi blokadadan çıxarılması kimi ifadə edir, iştirakçılarının 18,0%-nin fikrincə Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat əlaqəsinin tərkib hissəsi olduğunu deyir. 
 
Sorğu Naxçıvannın 8 rayonu üzrə 386 respondent arasında keçirilib. 
 
2021-ci ilin oktyabrında İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyublar.
 
Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun "Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb.
 
Zənzəgur dəhlizi üç müstəvidə önəm kəsb edir: lokal, regional və interkontinental.
 
Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini biri-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcəyi gözlənilir.
 
Yeni dəhlizin regional müstəvidəki önəmi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Xüsusilə, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır.
 
Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların  Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında  önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.   
 
Zəngəzur yolunun 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
 
Aytac 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol