Rusiyanın itkiləri açıqlanıb
Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 700 hərbçisini itirib.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 165 610 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 5 tank, 16 zirehli döyüş maşını, 9 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər