• $
  • £

Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclüsü olub

Güləş üzrə Azərbaycan millisi Avropanın ən güclüsü olub
20.03.2023 20:00
Azərbaycan güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş U-23 Avropa çempionatında komanda hesabında birinci yeri tutublar.

Yığma yarışı ümumilikdə 6 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub. Ukrayna (5-5-5) ikinci, Fransa (3-2-2) isə üçüncü pillədə qərarlaşıb.
Yunan-Roma güləşi üzrə kollektiv yarışın ilk günlərində 4 medal qazanıb. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xasay Həsənli (77 kq) isə ikinci yeri tutub. Yığma medalların əyarına görə Avropanın ən güclü komandası olub.

Daha sonra estafeti qəbul edən qadın güləşçilərdən Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal əldə edib.

Avropa çempionatının son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar. Maqomed-Bəşir Xaniyev (70 kq), Turan Bayramov (74 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək qitə çempionu olublar. Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) isə bürünc medal qazanıb. Toplamda 140 xal toplayan yığma həm medalların əyarına, həm də xallara görə komanda hesabında 1-ci yeri tutub. Beləliklə, bu kollektiv ardıcıl 2-ci dəfə U-23 Avropa çempionatının qalibi olub.

 Azərbaycan ötən il də ümumi sıralamada U-23 Avropa çempionatının qalibi olmuşdu.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol