• $ 1.7
  • € 1.9778
  • ₽ 0.021676
  • ₺ 0.0394
  • £ 2.282

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək
25.03.2023 22:00
"Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

"O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”.

Putin əlavə edib ki, Rusiya artıq Belarusa nüvə başlığı daşıya biləcək "İsgəndər” raket kompleksini təhvil verib: "Aprelin 3-dən ekipajın təliminə başlayırıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq”.

Rusiya lideri bildirib ki, artıq Belarus ərazisinə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.

"Aleksandr Qriqoryeviç haqlıdır, deyir: yaxşı, qulaq asın, biz sizin ən yaxın müttəfiqinizik. Niyə amerikalılar öz müttəfiqlərinə bunu edir, öz ərazilərində yerləşdirilir, yeri gəlmişkən, ekipajlarına, pilotlarına lazım gələrsə, bu silah növündən istifadə etməyi öyrədirlər. Biz razılaşdıq ki, biz də eyni şeyi edəcəyik - öhdəliklərimizi pozmadan, vurğulayıram ki, nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan biz artıq belaruslu həmkarlarımıza kömək etmişik və onların təyyarələrini, Belarus Hərbi Hava Qüvvələrinin təyyarələrini təchiz etmişik. 10 təyyarə bu tip silahlardan istifadə etməyə hazırdır”, - deyə Putin bildirib.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana təşəkkür edib
Dünya 22:55
Tramp İrana təşəkkür edib
Hakan Fidan və Omanın XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə ediblər
Dünya 21:56
Hakan Fidan və Omanın XİN rəhbəri bölgədəki vəziyyəti müzakirə ediblər
Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
Dünya 21:39
Rütte Danimarka və Qrenlandiya nazirləri ilə görüşəcək
ABŞ husilərə qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 21:30
ABŞ husilərə qarşı yeni sanksiyalar tətbiq edib
İrandakı etirazlar tamamilə yatırılıb - KİV
Dünya 19:56
İrandakı etirazlar tamamilə yatırılıb - KİV
Münxen konfransı İran XİN başçısına göndərilmiş dəvəti ləğv edib
Dünya 19:17
Münxen konfransı İran XİN başçısına göndərilmiş dəvəti ləğv edib
Ukrayna nümayəndə heyəti ABŞ-a səfərə yola düşüb
Dünya 18:43
Ukrayna nümayəndə heyəti ABŞ-a səfərə yola düşüb
Paşinyan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Dünya 17:07
Paşinyan Davos İqtisadi Forumunda iştirak etməyəcək
Tbilisidə neonasist qrupun 16 üzvü həbs edilib
Dünya 14:38
Tbilisidə neonasist qrupun 16 üzvü həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol