• $
  • €
  • ₽
  • ₺
  • £

Fon der Lyayen: Avropa daha müstəqil olmalıdır

Fon der Lyayen: Avropa daha müstəqil olmalıdır
14.02.2026 15:40

Avropa misli görünməmiş təhlükəsizlik çağırışları fonunda daha müstəqil olmalıdır, bu da transatlantik ittifaqı daha möhkəm edəcək.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

"Biz artıq dörd ilə yaxındır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü şəraitində yaşayırıq. Eyni zamanda, birliyimizi daxildən zəiflətməyə çalışan xarici qüvvələrin açıq təhdidi ilə üzləşirik. Açıq-aşkar düşmən rəqabəti və güc siyasəti geri qayıdır. Avropa həyat tərzi, demokratiyalarımız, onların institusional əsasları və vətəndaşların etimadı ərazi məsələlərindən tutmuş tariflərə və texnologiyaların tənzimlənməsinə qədər yeni çağırışlarla üzləşir", - o deyib.

Onun sözlərinə görə, bütün bunlar son nəticədə sadə bir reallığı göstərir: bugünkü parçalanmış dünyada Avropa daha müstəqil olmalıdır.

"Təhlükəsizliyimizin və rifahımızın asılı olduğu bütün sahələrdə başqa seçim yoxdur: müdafiə və energetikada, iqtisadiyyat və ticarətdə, xammal təminatında və rəqəmsal texnologiyalarda. Kimsə deyə bilər ki, "müstəqillik" sözü transatlantik əlaqələrə ziddir. Əslində isə hər şey əksinədir - və biz bunu indicə ABŞ dövlət katibi Marko Rubiodan eşitdik. Müstəqil Avropa - güclü Avropadır, güclü Avropa isə daha möhkəm transatlantik ittifaq deməkdir", - o deyib

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol