• $
  • £

Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşib

Voleybol üzrə Azərbaycan çempionatlarında yarımfinalın ilk oyunlarının vaxtı dəqiqləşib
26.03.2023 19:00
Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı dəqiqləşib.

Bu raundda ilk qarşılaşmalar martın 29-u və 30-da keçiriləcək.

Birinci oyun günündə qadın voleybolçuların mübarizəsində yarımfinalın ilk oyunları baş tutacaq. "Abşeron" klubu "Murov"la, "Azərreyl" isə UNEC-lə qarşılaşacaq.

Martın 30-da isə kişi voleybolçuların mübarizəsinə start veriləcək. İlk yarımfinal matçlarında "Murov"la MOİK, "Xarı bülbül"lə isə "Neftçi" üz-üzə gələcək.

Əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Yüksək Liqa (qadınlar)

Yarımfinal, ilk oyunlar

29 mart

16:00. "Abşeron" - "Murov"

18:00. "Azərreyl" - UNEC

Yüksək Liqa (kişilər)

Yarımfinal, ilk oyunlar

30 mart

16:00. "Murov" - MOİK

18:00. "Xarı bülbül" - "Neftçi”

Görüşlər Voleybol Mərkəzində keçiriləcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol