Moskvada Türkiyənin iştirakı ilə dördtərəfli danışıqlar keçiriləcək
Bazar ertəsi Rusiya, Türkiyə, Suriya və İranın XİN rəhbəri müavinləri arasında danışıqlar aparılacaq.
Artıq bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün Moskvaya gəliblər.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra qeyd edib ki, dördtərəfli görüşün əsas məqsədi Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox