• $
  • £

Xəzər İbrahim ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb

Xəzər İbrahim ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışıb
05.04.2023 23:17
Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Amerika Universitetinin Türk Mədəniyyəti Klubunun (TCCAU) Səfirlər bloku seriyasının ilk tədbirində iştirak edib.

Tədbirdə klubun təsisçisi və prezidenti Nural Əliyev çıxış edərək TCCAU-nun fəaliyyəti barədə qonaqları məlumatlandırıb.

Xəzər İbrahim çıxışında Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlər və gələcək planları ilə bağlı iştirakçıları maarifləndirməklə yanaşı, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, o cümlədən Azərbaycanın regional və qlobal səviyyəli məsələlərdəki rolu barəsində qonaqlara ətraflı məlumatlar verib.

Səfir Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr barədə danışıb.

O, eyni zamanda Azərbaycanın Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri, Ermənistanla münasibətlərin normallaşması istiqamətində aparılan işlər barədə iştirakçıları məlumatlandırıb.

Görüşdə səfir bir çox məsələlərlə bağlı iştirakçıları maraqlandıran suallara aydınlıq gətirib.
Sonda Xəzər İbrahim klubun təsisçiləri ilə xatirə şəkli çəkdirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol