İran pulu ilə maliyyələşənlər ölkəmiz haqqında saxta məlumat yayır - Deputat
Azərbaycanda dezinformasiya yayanlara qarşı qanunda sərt maddələr əlavə olunmalıdır. Bunu aprelin 7-də keçirilən Parlamentin iclasında Siyavuş Novruzov "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun ikinci oxunuşuna münasibət bildirərkən bildirib.
"Azərbaycanda İran pulu ilə maliyyələşənlər ölkəmiz haqqında saxta məlumatlar yayırlar. Məsələn Əli Kərimli prezidentin gördüyü işləri özünün təziqi ilə icra olunduğunu cəmiyyətə sırımağa çalışır. Qanunda sərtləşdirməyə ehtiyac çoxdur. Hər gün kimsə təzə kanal açır və doğru olmayan informasiyalar yayır. Bunlar qanunda nəzərə alınmalıdır", - deputat söyləyib.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox