Bu il Mərkəzi Asiya ölkələrinə növbəti səfərlərlər olacaq- PREZİDENT
Keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər edilib və bu il də ediləcək. Bunu İlham Əliyev Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
"Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir. Eyni zamanda yüklərin cəlb edilməsi üçün və nəqli üçün birgə səylər atılmalıdır. Təbii ki, bu gün bu məsələ də geniş müzakirə olunub və hələ olunacaq", - Prezidenti vurğulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər