• $
  • £

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Qəbələ regional ASAN xidmət mərkəzində olublar

Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili Qəbələ regional ASAN xidmət mərkəzində olublar
07.04.2023 19:09
Aprelin 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələ regional ASAN xidmət mərkəzində olublar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib.
Prezident İlham Əliyevin iştirakı ilə 2016-ci ilin avqustun 10-da açılışı olan Mərkəz müvafiq sahələr üzrə qeydiyyat məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərir. Yeddi illik fəaliyyəti dövründə regional mərkəzə ümumilikdə bir milyona yaxın vətəndaş müraciəti daxil olub. Eyni zamanda, səyyar ASAN xidmət avtobusu vasitəsilə 220 mindən çox vətəndaş müraciəti qəbul edilib. Burada gündəlik orta müraciət sayı 1000-ə yaxındır.

Qəbələ regional ASAN xidmət mərkəzində indiyədək 673 könüllü fəaliyyət göstərib. Ötən dövr ərzində könüllülərin iştirakı ilə müxtəlif sosial layihələr, teatr tamaşaları, idman yarışları, intellektual oyunlar, xeyriyyə aksiyaları, tarix və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub.

Tanışlıq zamanı ASAN xidmət mərkəzlərinin fəaliyyətindən bəhs edən videoçarx göstərilib. Qeyd olunub ki, hazırda 24 ASAN xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Lənkəran, Salyan və Naxçıvanda isə ilk ASAN xidmət mərkəzləri inşa olunur.

ASAN xidmət mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir. ASAN Kommunal mərkəzlərində isə Azərişıq, Azərsu və Azəriqaz tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək ASAN xidmət mərkəzlərinə 8 milyon 624 mindən çox vətəndaşın 61 milyona yaxın müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faizdir.

Regionlarda 10 səyyar ASAN xidmət avtobusu və səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan bəri 2 milyon 773 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Məlumat verilib ki, könüllülər ASAN xidmətin fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 mindən çox könüllü gənc qoşulub. Bu günədək 3300-dən çox könüllü "ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Həmçinin bildirilib ki, Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Bundan başqa, bir neçə ölkədən ASAN xidmət təcrübəsinin tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.
Sonda Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ABAD-çı ailə tərəfindən hazırlanmış əl sənətkarlığı məhsulu hədiyyə olunub.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol