• $
  • £

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq - Corc Dik

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq - Corc Dik
10.04.2023 14:40
2023-cü ildə Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq. Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.
 
O bildirib ki, Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində olacaq.

"Hazırda ölkələr arasında ancaq neft və qaz ixracına əsaslanan ticarət əlqqələri var.  Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər",-  səfir vurğulayıb.
 
2023- cü ilin yanvarın 11-də Prezidentin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Bu ilin martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub.
 
2023- cü ilin ilk iki ayında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz artaraq 334 136,93 min dollar təşkil edib.
 
2022-ci ildə xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Aytac Zeynalova




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol