Əliyev-Paşinyan görüşü Vaşinqtonda keçirilə bilər
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
Bu barədə Ermənistanın "Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin Xarici İşlər Nazirliyindəki adını açıqlamayan mənbəsi bildirib ki, Vaşinqton platformasında gələcək danışıqlarla bağlı tərəflərin yanaşmaları üst-üstə düşür.
Görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər