Azərbaycan-Ermənistan sərhəddində gərginlik - Hər iki tərəfdə ölənlər və yaralılar var
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub, yararılar da var. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Nazirlik şəhid və yararıların sayı barəsində hələlik açıqlama verməyib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.
Qarabağda baş verən silahlı toqquşma nəticəsində erməni tərəfində üç nəfər ölüb və çoxlu yaralı var. Yaralılar arasında xüsusi təyinatlı ordu korpusunun komandiri Armen Gözəlyan da var. Bu barədə Sputnik Armeniya xəbər verir.
Məlumata görə, hazırda Armen Gezalyan əməliyyat olunur.
Nəşr onu da qeyd edir ki, erməni tərəfi yaralıları hadisə yerindən çıxara bilməyib, ölənlərin daha da çox ola bilər.
Məlumata görə, hazırda Armen Gezalyan əməliyyat olunur.
Nəşr onu da qeyd edir ki, erməni tərəfi yaralıları hadisə yerindən çıxara bilməyib, ölənlərin daha da çox ola bilər.
N.Təbrizi
www.anews.az
Son xəbərlər
Daha çox