Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub
Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
www.anews.az
Son xəbərlər
Daha çox