• $
  • £

Avropa İttifaqı Azərbaycan və Ermənistana müraciət edib

Avropa İttifaqı Azərbaycan və Ermənistana müraciət edib
12.04.2023 14:48
Bakı və İrəvan sərhədin delimitasiyası ilə bağlı danışıqları aktivləşdirməlidir, Avropa İttifaqı prosesi dəstəkləməyə hazırdır. Bu barədə Aİ Xarici İşlər Xidmətinin çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı bəyanatda deyilir.

"Əvvəlki öhdəliklərə, 2022-ci ilin oktyabrında Praqada əldə olunmuş öhdəliklərə, 1991-ci il Almatı Bəyannaməsinə əməl edilməlidir. Aİ həmçinin sərhədin delimitasiyası ilə bağlı danışıqların intensivləşdirilməsinə çağırış edir. Biz bu prosesi dəstəkləməyə hazırıq. Biz təmkinli olmağa və bütün mübahisələrin sülh yolu ilə həllinə çağırışlarımızı təkrarlayırıq. Aİ bu səyləri ən yüksək səviyyədə dəstəkləməyə davam edir", - bəyanatda bildirilib.
 
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini attəşə tutması nəticəsində Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub, 4 hərbçisi yaralanıb.
 
Ermənistan mətbuatı 4 hərbçinin şəhid olduğunu, 6 hərbçinin yaralanmasını yazır. 

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşündə Ermənistanla sərhəddə dünən baş vermiş insidenti İrəvanın qəsdən törətdiyi təxribat kimi qiymətləndirib.
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında Ermənistanın aprelin 11-də olan təxribatı  planlaşdırılmış şəkildə baş verdiyini bildirib.

Azərbaycanla Ermənistan arasında 2020-ci ilin noyabrında Rusiyanın iştirakı ilə üçtərəfli bəyanat imzalanıb. Bəyanata görə hərbi əməliyyatlar dayandırılıb. Rusiya sülhməramlıları müvəqqəti 5 il müddətinə Qarabağ ərazisinə yerləşdirilib. Sülhməramlıların müvəqqəti yerləşməsinə baxmayaraq Ermənistanla Azərbaycan arasında gərgin toqquşmalar bir dəfə baş verib. 

Aytac Zeynalova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol