Sayğaclara qanunsuz müdaxilə və texniki müayinədə son vəziyyət - İlk rübün yekunları

İlin ilk rübü ərzində SOCAR "Azəriqaz” İB ümumilikdə 482 milyon 866 min manat dəyərində satış həyata keçirib. Bunun da 439 milyon 909 min manatı əhali və qeyri-əhali abonentləri tərəfindən ödənişi gerçəkləşib. Nəticədə ödənişlər 91,1%-dir.
Bu haqda Birliyin baş direktorun satış üzrə müavini Rəşad Cavadov "Açıq qapı” aksiyasında məlumat verib.
Aksiyada çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi isə fərdi yaşayış evləri və mənzillərdə aparılacaq texniki müayinələrdən söz açıb. Şöbə rəisi artıq bununla bağlı 539 nəfərin təlimlərə cəlb olunduğunu bildirib. E.Vəliyev bu rəqəmin 2024-ə çatdırılacağını da qeyd edib.
www.anews.az