Paşinyan Azərbaycanla sülh sazişinin şərtlərini açıqlayıb
Ermənistanla Azərbaycan arasında sülh sazişi o halda mümkündür ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyar. Bunu çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.
www.anews.az
"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi o zaman gerçəkləşəcək ki, hər iki ölkə aydın şəkildə, qeyri-müəyyənliklər və tələlər olmadan bir-birinin ərazi bütövlüyünü tanıyacaq və gələcəkdə ərazi iddialarının olmayacağı ilə razılaşacaq. Mən təsdiq edirəm ki, Ermənistan Respublikası ərazi bütövlüyünü tam şəkildə tanıyır. Azərbaycanın bütövlüyü və biz Ermənistan SSR ərazisini Ermənistan Respublikası kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik”, - Paşinyan bildirib.
Daha əvvəl Rusiyanın xarici işlər nazirinin sözçüsü Zaxarova bildirib ki, Azərbaycan və Ermənistan sülh sənədi üçün Moskvada görüşəcəklər. Görüşün dəqiq vaxtı açıqlanmayıb.
2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Daha sonra üç ölkənin liderləri regiondakı vəziyyətlə bağlı daha bir neçə birgə bəyanat qəbul ediblər. Azərbaycan və Ermənistan ötən il sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər