Putin Rusiya regionlarının qazlaşdırılması planını həyata keçirməyi tapşırıb
Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə görüşündə baş nazirin müavini Aleksandr Novakdan Rusiya regionlarının qazlaşdırılması planının həyata keçirilməsinə diqqət yetirməyi xahiş edib. Bu barədə RİA Novosti məlumat yayıb.
Dövlət başçısı vurğulayıb ki, qazlaşdırma planlarının həyata keçirilməsi gərgin əmək tələb edəcək.
O, həmçinin xatırladıb ki, plana əsasən, 2024-cü ilədək ölkədə qazlaşdırmanın orta səviyyəsi 74,7%-ə çatdırılmalıdır.
"Biz bu planları həyata keçirmək üçün çox çalışmalıyıq”, - Putin bildirib.
Novak yanvar ayında bildirib ki, Rusiyada qazlaşdırma səviyyəsi 2022-ci ilin sonuna kimi 73%-ə çatıb. Eyni zamanda, 2030-cu ilə qədər bu göstəricinin 82,9%-ə çatdırılması nəzərdə tutulur.
www.anews.az

Bundan əvvəl Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov bildirmişdi ki, rayonun qazlaşdırılması 2028-ci ilə qədər tam başa çatacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər