Rəsmi Bakı İrəvanın bəyanatlarına cavab verdi
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Azərbaycan prezidentinin müsahibəsinə cavab olan bəyanatını rədd edib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
2020-ci il noyabrın 9-da Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı birgə bəyanat imzalayıblar. Sənədə əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bir sıra rayonlar Bakının nəzarətinə keçib, təmas xətti boyunca və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilib. Daha sonra üç ölkənin liderləri regiondakı vəziyyətlə bağlı daha bir neçə birgə bəyanat qəbul ediblər. Azərbaycan və Ermənistan ötən il sülh müqaviləsini müzakirə etməyə başlayıblar.
www.anews.az
"Azərbaycan tərəfi Azərbaycan ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesində qərarlıdır. Ermənistan tərəfi bu prosesə müdaxilədən əl çəkməlidir. Azərbaycan ərazisində, Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən hər bir şəxsin hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verilir. Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır. Bunun üçün, Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli və birmənalı olaraq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir", -bəyanatda qeyd olunub.
Ermənistan Xarici İşlər Nazirliyi çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevin bəyanatlarını əsas gətirərək Azərbaycanı ittiham edən bəyanat yayımlayıb.
"Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 18-də verdiyi bəyanatlar onun erməni tərəfinin və beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlmiş səylərinə kölgədə qoymaq niyyətini bir daha nümayiş etdirir. Bundan başqa, Azərbaycan Prezidenti öz bəyanatı ilə açıq şəkildə planlaşdırılmış təcavüz və Ermənistan Respublikasının suveren ərazilərinin işğalı faktını etiraf edir, həmçinin Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq niyyətlərini açıq şəkildə ortaya qoyur”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Çərşənbə axşamı prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibəsində bildirib ki, Qarabağ erməniləri seçim etməlidir - ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da başqa yaşayış yeri axtarmalıdır.

Gülnar
www.anews.az