Fransanın Xarici İşlər Naziri Katrin Kolonna Azərbaycana səfər edəcək. Bu barədə Fransa XİN-in mətbuat xidməti məlumat yayıb.
"Nazir səfər zamanı Fransanın ədalətli, davamlı, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşan sülh naminə iki ölkə arasında danışıqların dəstəklənməsinə sadiqliyini ifadə edəcək", - məlumatda qeyd edilib.
Siyasi şərhçi Tural İsmayılovun
sözlərinə görə, Katrin Kolonnanın Azərbaycana səfəri Fransa-Azərbaycan münasibətlərində
hər-hansı ciddi dəyişikliyə səbəb olmayacaq.
"Bu gün Fransanın həyata
keçirdiyi siyasət Fransa-Azərbaycan münasibətlərini kifayət qədər zədələyib. Ölkələr
arasında vəziyyətin pisləşməyinin Azərbaycana siyasi-iqtisadi təsirləri demək
olar ki, yoxdur. Lakin Fransa bu məsələdə özü böyük itkilərə məruz qalır. Çünki
Azərbaycanla Avropa Komissiyası arasında enerji təhlükəsizliyinə dair saziş
imzalanıb və Azərbaycan bu gün qərbin enerji təhlükəsizliyində vacib əhəmiyyətə
malikdir. Rusiya-Ukrayna savaşının davam etməyi fonunda Fransa ciddi enerji
böhran ilə üzləşib. Ona görə də Fransa Xarici İşlər Nazirinin Bakıya səfərinin
məqsədini daha çox Bakıdan "dilənmək" və enerji məsələsində Azərbaycanla razılığa
gəlmək olduğunu düşünürəm. Fransa Xarici İşlər Nazirinin Ermənistan da
növbəti təxribatçı açıqlamalarıda ola bilər. Bu səfər Fransa-Azərbaycan münasibətlərində hansısa
ciddi dəyişikliklərə səbəb olmayacaq. Çünki Fransa Ermənistanla bağlı mövqeyində
və Azərbaycana qarşı həyata keçirdiyi çirkin siyasi hücumlardan hələ də əl çəkmir”
, - İsmayılov əlavə edib.
Siyasi məsələlər üzrə ekspert
Əziz Əlibəylinin fikrincə, Katrin Kolonnanın bu səfəri ermənilərin maraqlarına xidmət edən bir görüş olacaq.
"Fransanın Qarabağ məsələsindəki
mövqeyi, Ermənistanla münasibətdəki mövqeyi körpüləri yandırmaqdan ibarət idi.
Azərbaycanda tərəfi də bunun cavabını diplomatik səviyyədə, eyni zamanda Qoşulmama
Hərəkatı, BMT-nin Təhlükəsizlik Şurasındakı Assabbleyada və Xarici İşlər Nazirliyi
tərəfindən verilən notalarda verdi. Artıq Laçın-Xankəndi yolundakı vəziyyət bitdi və
Azərbaycan özünün sərhəd xəttini tamamladı. Bu isə geridönüşü olmayan bir
prosesdir. Düşünürəm ki, Fransa Xarici İşlər Nazirinin bu səfəri heç bir önəm kəsb
etmir və bölgədə ki, proseslərə təsiri olmayacaq” , -ekspert vurğulayıb.
Fransalı diplomat Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir. O, həmçinin Şəhidlər Xiyabanını ziyarət edəcək.
Nazir İrəvanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək.
Aprelin 28-də xanım Kolonna Gürcüstana səfər edəcək. Tiflisdə Gürcüstan Respublikasının prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə görüşlər nəzərdə tutulur.
Eltac
www.anews.az