• $
  • £

Azərbaycan və Rumıniya arasında memorandum imzalanıb

Azərbaycan və Rumıniya arasında memorandum imzalanıb
26.04.2023 18:50
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Dövlət Məşğulluq Agentliyindən verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə icra olunan aktiv məşğulluq proqramları, məşğulluq sahəsində aparılan islahatlar barədə məlumat verib. Azərbaycanda aktiv məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq proqramı çərçivəsində əhalinin sosial cəhətdən həssas qruplarına aid şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
 
İşsiz və işaxtaran şəxslərin əmək bazarında tələb olunan peşələr üzrə bacarıqlara yiyələnmələri üçün peşə hazırlığının təşkili işləri qeyd edilib.

Florin-Irinel Cotoşman təmsil etdiyi qurumun fəaliyyətindən bəhs edib. Azərbaycanla məşğulluq sahəsində də əməkdaşlığa, xüsusilə rəqəmsallaşma istiqamətində Azərbaycan təcrübəsindən yararlanmağa xüsusi önəm verdiklərini bildirib. Qurum rəhbəri, həmçinin Azərbaycanın DOST təcrübəsinin Rumıniyada da tətbiqinin nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə ötən ilin noyabrında Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanan, 2023-2024-ci illər üzrə əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planının əhəmiyyətindən bəhs olunub. Sənədə uyğun olaraq müxtəlif sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi, ikitərəfli məsləhətləşmələrin aparıldığı diqqətə çatdırılıb.

Görüşdən sonra Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyinin prezidenti Florin-Irinel Cotoşman tərəfindən iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalayıblar.

Memorandumda rəqəmsallaşmadan istifadə etməklə məşğulluq xidmətlərinin müasirləşdirilməsi və yeni onlayn mexanizmlərin işlənib hazırlanması, sosial cəhətdən həssas əhali qruplarından olan şəxslər üçün məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarının təhlili, peşə təlimləri, karyera planlaşdırılması və digər sahələrdə gələcək əməkdaşlıq istiqamətləri nəzərdə tutulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol