Əliyev: Sərhəddə keçid məntəqəsi qurmaq bizim suveren hüququmuzdur
Ermənistanla sərhəddə keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur. Bunu Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Fransanın xarici işlər naziri Ketrin Kolonu qəbul edərkən deyib.
"Azərbaycan-Ermənistan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması ölkənin suveren hüququ və ərazi bütövlüyünün təmin edilməsinin ifadəsidir”, - Əliyev bildirib.
Öz növbəsində fransalı nazir qeyd edib ki, onun ölkəsi "Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda sülh, iqtisadi və sosial inkişaf istəyir”.
www.anews.az

Əliyev vurğulayıb ki, Ermənistan 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmir.
"Ermənistan "Naxçıvanla dəhliz yaradılmasına imkan vermir, öz qoşunlarını Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindən çıxarmır", - Azərbaycan prezidenti əlavə edib.
Öz növbəsində fransalı nazir qeyd edib ki, onun ölkəsi "Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda sülh, iqtisadi və sosial inkişaf istəyir”.
Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin quraşdırılmasını elan edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər