Bayramov və Mirzoyan Moskvada görüşəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla yeni görüş keçirməyə hazırlaşır. Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə Ermənistan parlamentinin Avropaya inteqrasiya komissiyasının rəhbəri, hakim "Mülki müqavilə” fraksiyasının nümayəndəsi Arman Yeqoyan bildirib.
"Moskvada görüşünün keçirilməsi ilə bağlı ilkin razılıq var", - o bildirib.
"Moskvada görüşünün keçirilməsi ilə bağlı ilkin razılıq var", - o bildirib.
Sonuncu dəfə 2022-ci ilin dekabrında Mirzoyan Ceyhun Bayramovla Moskvada görüşməli idi. Lakin xarici işlər naziri görüşə gəlməkdən imtina edib.
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.
Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Hazırda Baramov və Mirzoyan Amerikadadır. Onlar sülh müqaviləsi üzrə danışıqlar prosesi həyata keçirir. Danışıqların bir neçə gün davam etdirilməsi gözlənilir.
Gülnar Nazimqızı
www.anews.az
Son xəbərlər
Daha çox