• $
  • £

AFFA İntizam Komitəsi klubları Azərbaycan Kubokuna görə cəzalandırıb

AFFA İntizam Komitəsi klubları Azərbaycan Kubokuna görə cəzalandırıb
03.05.2023 18:00
AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarındakı neqativ hallara görə klubları cəzalandırıb.

Əən böyük sanksiya "Neftçi”nin tərcüməçisi Vüqar Əliyevə verilib.

O, "Turan Tovuz”la matçın 90+8-ci dəqiqəsində qonaqların rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə, Azərbaycan Kubokunda 5 oyunluq diskvalifikasiyaya məruz qalıb. Bu davranış klubu da 4000 manat ziyana salıb.

Bundan başqa, azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması, həmçinin, meydançaya kənar şəxslərin daxil olması, görüş bitdikdən sonra arenaya və dəlizə "A Buraxılışı” olmayan insanların girməsi və fanatların kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi "Neftçi”nin daha 8000 manat məbləğində cərimələnməsinə səbəb olub.

"Qəbələ” ilə qarşılaşmada qırmızı vərəqə alan "Səbail”in futbolçularının cəzaları da bilinib. Vüqar Həsənov, Qustavo de Fransa və Adil Nağıyev bir matçı buraxmalı olacaqlar. Bu, bakılıları ümumilikdə 5400 manat zərərə salıb.

Eyni zamanda, oyun bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması, kənar əşyaların atılması və azarkeşlərin rəsmi şəxslərin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsi ucbatından "Səbail” daha 7200 manat cərimələnib.

Matçın ardından "Qəbələ” azarkeşləri pirotexniki vasitələrdən istifadə ediblər ki, bu, bölgə təmsilçisini 800 manat ziyana salıb. "Qəbələ” 4 futbolçusu sarı vərəqə aldığı üçün də 800 manatlıq cəriməyə məruz qalıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol