• $
  • £

Macarıstan Azərbaycan qazını almaq üçün Türkiyə ilə danışıqlar aparır

Macarıstan Azərbaycan qazını almaq üçün Türkiyə ilə danışıqlar aparır
03.05.2023 20:21
Budapeşt Ankara ilə türk qazının alınması və Azərbaycan qazının Türkiyə üzərindən Macarıstana tranziti ilə bağlı danışıqlar aparır. Bunu Macarıstanın xarici işlər naziri Peter Szijarto Türkiyəyə səfəri zamanı bildirib.

"Biz gələcək dövrdə də Türkiyənin tranzit roluna ümid edirik”, - o bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Macarıstana çatdırılması imkanı o zaman yaranacaq ki, Türkiyə bunun üçün tranzit imkanı yaratsın.

O, həmçinin qeyd edib ki, Budapeşt Türkiyənin Botaş enerji şirkəti ilə də türk qazı almaq üçün danışıqlar aparır.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirmişdi ki, respublika 2027-ci ilə qədər Avropaya təbii qaz nəqlini iki dəfə artırmağa hazırdır.

Prezident Azərbaycanın (SOCAR), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) və Bolqarıstanın (Bulqartransqaz) qaz nəqli sistemlərinin operatorları arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanması mərasimində iştirak edib.
 
O, təhlükəsizliyin yaxşılaşdırılması və Aİ ölkələrinə təbii qaz tədarükünün həcminin artırılması üçün "Həmrəylik halqası” birgə təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol