Ankarada Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun modernləşdirilməsi, o cümlədən Türkiyə Ordusunun kiçik modelinin qurulması istiqamətində görülən işlər davam etdirilir.
Bu barədə MN-dən məlumat verilib.
Bununla əlaqədar olaraq, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfərə gedib.
Nümayəndə heyəti Ankara şəhərində Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin rəisi general-mayor Esat Mahmut Yılmazla görüşüb.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə fotosu çəkdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər