Ermənistanda olan əsirlərdən birinə 11 il altı ay həbs cəzası verilib
Ermənistan məhkəməsi azərbaycanlı əsirlərdən birinə 11 il 6 ay həbs cəzası verilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə Ermənistan mətbuatı yazıb.
Bildirilib ki, hərbçi Aqşin Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hərbçi sərhədi qanunsuz keçməkdə və sərhəddən silah və sursat keçirtməkdə təqsirli bilinib.
Digər əsgər Hüseyn Axundovun işi üzrə istintaq davam edir. O, mülki şəxsi (Zəngəzur mis-molibden zavodunun gözətçisi) qətlə yetirməkdə ittiham olunur.
Bundan əvvəl Naxçıvan muxtariyyətindən sərhədi keçərək Ermənistan ərazisinə düşmüş iki Azərbaycan əsgəri Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib.
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib.

Daha sonra, Dövlət Komissiyası Ermənistanda əsirlərlə bağlı görüş keçirilib. Onların ailələri ilə əlaqə qurması üçün şərait yaradılıb.
Günar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər