Türkiyə Danimarka və İsveçdən olan müşahidəçilərin akkreditasiyasından imtina edib
Danimarkalı deputat Soren Sonnerqaard və onun isveçli həmkarı Kadir Kasırqaya Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə müşahidə missiyasında iştirak etmək üçün akkreditasiyadan məhrum edilib.
Bu münasibətlə ATƏT müşahidəçilərinin qısamüddətli missiyasının xüsusi əlaqələndiricisi Maykl Georq Link və ATƏT PA-nın nümayəndə heyətinin rəhbəri Fərəh Kərimi birgə bəyanatla çıxış ediblər.
ATƏT qeyd edib ki, ev sahibi ölkə müşahidə missiyasının tərkibinə birbaşa və ya dolayısı ilə təsir göstərməməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər