• $
  • £

Sülhün Kökləri təşkilatının təsisçisi Qarabağa səfər edib - FOTO

Sülhün Kökləri təşkilatının təsisçisi  Qarabağa  səfər edib  - FOTO
09.05.2023 15:41

Minaların təmizlənməsi və müharibənin təsirinə məruz qalmış ərazilərin yenidənqurulması və bərpası məqsədilə yaradılmış "Sülhün Kökləri” (Roots of Peace) beynəlxalq humanitar təşkilatının təsisçisi və rəhbəri Heidi Kühnün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı Azərbaycana səfəri başlayıb.

Səfərin məqsədi ölkəmizin işğaldan azad edilmiş ərazilərində mövcud mina probleminin miqyası, bu problemin Böyük Qayıdışa və regionda sabitlik, davamlı sülhə yaratdığı maneələrin dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, "Minalardan üzümlüklərə” devizi altında minalarla çirklənmiş ərazilərin əkin sahələrinə çevrilməsinə dəstək göstərmək, eləcə də Beynəlxalq Analar Günü münasibətilə azərbaycanlı analarla birlikdə mina problemi ilə bağlı dünya qadınlarına qlobal müraciət etməkdir.

Həmçinin, səfərin başlıca məqsədlərindən biri də cari ilin may ayının sonlarında "Mina təhlükəsi ilə Mübarizə-Dayanıqlı İnkişafa gedən yol” mövzusunda Azərbaycanda keçirilməsi nəzərdə tutulan 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransında müzakirə olunacaq qlobal humanitar minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təşviq edilməsi və bu istiqamətdə birgə əməkdaşlığa dəstək göstərməkdən ibarətdir.

Səfər zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, BAMF-ın prezidenti Umud Mirzəyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmilərinin müşayiəti edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol