Ceyhun Bayramov Mirzoyan mayın 19-da Moskvada görüşəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Moskvada sülh sazişinin mətni üzrə danışıqları davam etdirmək üçün yeni görüş keçirəcək. Bu barədə çərşənbə günü Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı ilə Brüsseldə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü gözlənilir.
"Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar Rusiya tərəfinin dəvəti ilə mayın 19-da Moskvada keçiriləcək", - o deyib.
Sonuncu dəfə 2022-ci ilin dekabrında Mirzoyan Ceyhun Bayramovla Moskvada görüşməli idi. Lakin xarici işlər naziri görüşə gəlməkdən imtina edib.
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.
Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
Sonuncu dəfə iki ölkə xarici işlər nazirləri Vaşinqtonda görüşüblər. Görüşlər bir neçəə gün davam edib. Görüş nəticəsi olaraq sülh sənədi üzrə bəzi razılıqlar əldə olunub.

Gülnar Nazimqızı
www.anews.az