Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir
Ukrayna humanitar ehtiyaclar məqsədilə Braziliyaya 450 ədəd "Guarani” zirehli transportyorunun alınması üçün sorğu göndərib.
Bu barədə Braziliyanın "Tecnologia & Defesa” jurnalı yazıb.
Məlumata görə, satınalma ilə bağlı müraciət aprelin 27-də Ukrayna səfirliyindəki hərbi attaşe vasitəsilə Braziliya Müdafiə Nazirliyinə təqdim edilib. Zirehli maşınların narıncı və sarı rəngə boyanmalı olduğu və mülki əhalinin təxliyəsi və yaralıların döyüş bölgələrindən xəstəxanalara çatdırılması üçün nəzərdə tutulacağı vurğulanıb. Jurnalda yazılana görə, satınalma haqqı Braziliya və Ukraynanın müttəfiqləri tərəfindən ödənilməli, həmçinin onlardan döyüş tapşırıqları üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə ediləcəyinə dair zəmanət də verilməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər