NATO Asiya ölkələrini alyansa qəbul etməyəcək – Stoltenberq
Şimali Atlantika Alyansı (NATO) Asiya ölkələrini öz sıralarına qəbul etməyəcək.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq "The Washington Post” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO Şimali Amerika və Avropanın ittifaqı olaraq qalacaq və qloballaşmayacaq.
"Bizim kollektiv təhlükəsizlik zəmanətimiz NATO ərazisinə qədər uzanır”, – deyə baş katib bildirib.
Çinlə müttəfiqlik münaqişəsinin mümkünlüyü ilə bağlı sualı cavablandıran Stoltenberq qeyd edib ki, Tayvanda və onun ətrafında böhran "ciddi nəticələrə” səbəb olacaq.
NATO-nun baş katibi bildirib ki, Avropa İttifaqı (Aİ) Şimali Atlantika Alyansı olmadan Avropanı müdafiə edə bilməz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər