• $
  • £

Ali Məhkəmə mühabisəli hüquqi məsələ üzrə vahid məhkəmə təcrübəsi yaradan qərar qəbul edib

Ali Məhkəmə mühabisəli hüquqi məsələ üzrə vahid məhkəmə təcrübəsi yaradan qərar qəbul edib
10.05.2023 21:06

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici dövlətin məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması və Azərbaycan Respublikasının ərazisində icrası məsələsi üzrə qərar qəbul edib.

İşə Ali Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi tərəfindən verilmiş təqdimatla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxılıb.

Cinayət kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-1-ci maddəsini rəhbər tutaraq qərara alıb.

1) Xarici dövlətin məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün Azərbaycan Respublikasına təhvil verilməsi ilə əlaqədar xarici dövlətin məhkəməsinin hökmünün tanınması məsələsinə müvafiq apellyasiya məhkəməsində baxılması zamanı "Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının 9-cu maddəsinin 1-ci bəndinin "a” yarımbəndində nəzərdə tutulmuş prosedura və həmin Konvensiyanın 10-cu maddəsində göstərilən şərtlərə, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə əlaqələrində isə həm də qeyd edilən prosedurla uzlaşan "Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Konvensiyanın 12-ci maddəsinin və 1994-cü il 26 may tarixli "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə”nin 6-cı maddəsinin müddəalarına əməl olunmalıdır.

2) Xarici dövlətin məhkəməsinin hökmündə təsvir edilmiş faktiki halların yenidən dəyərləndirilməsini istisna etməklə hökmdə əksini tapmış əməlin hüquqi tövsifi rəhbər tutulmaqla məhz tövsifin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni əməli nəzərdə tutan maddəsinə (maddələrinə) uyğunlaşdırılmasını tələb edir.

3) Ali Məhkəmənin Cinayət kollegiyasının bütün hakimlərindən ibarət olan tərkibinin bu yanaşmasına əsasən təqdimatda qeyd edilən konkret material üzrə qanuni və əsaslı nəticə kimi məhkum XXX Rusiya Federasiyası, Moskva vilayəti, Serebryano-Prudski Rayon Məhkəməsinin 2017-ci il 4 avqust tarixli hökmündə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 228.1-ci maddəsinin 4-cü hissəsinin "q” bəndi ilə tövsif olunmuş əməlinə uyğun gələn (tövsifin uyğunlaşdırılmalı olduğu), milli qanunvericiliyin eyni əməli nəzərdə tutan normaları kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1, 29,234.4.3-cü maddələri qəbul edilməlidir.

4) Ali Məhkəmənin Cinayət kollegiyasının məhkum məhkum XXX barəsində olan materiala baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələyə baxan bütün digər məhkəmə tərkibləri hazırkı qərarda müəyyən edilmiş hüquqi mövqeyi rəhbər tutmalıdırlar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol