Sülh sənədində əsas bəndlər üzrə mübahisələr qalır - Zaxarova
Sülh müqaviləsinin əsas bəndləri üzrə tərəflər arasında mübahisələr qalır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Blinkenin Vaşinqton görüşündən sonra mühüm irəliləyişlə bağlı bəyanatları, düzünü desək, Azərbaycan və Ermənistan tərəflərinin şərhləri ilə ziddiyyət təşkil edir. Sülh müqaviləsinin bir sıra maddələri üzrə irəliləyişlə yanaşı, bu sənədin bəzi əsas bəndləri üzrə mövqelərdə də davam edən fikir ayrılıqları var idi”, - Zaxarova qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Bakı və İrəvan dialoqu davam etdirməlidir. O, həmçinin əlavə edib ki, onlar danışıqların yeni mərhələsi üçün platforma kimi Moskvanı seçiblər.
www.anews.az

Blinken daha əvvəl bildirib ki, Azərbaycan və Ermənistan davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib.
Gülnar
www.anews.az