NATO silah tədarükünü artırmalıdır- BAŞ KATİB
NATO silah istehsalının həcminin artırılmalıdır. Bunu bu gün Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
"Bizə indi və uzunmüddətli perspektivdə investisiya və istehsal gücü lazımdır. Biz düzgün istiqamətdə irəliləyirik, lakin təhlükəli dünyanın tələb etdiyi qədər sürətlə deyil”, - baş katib bildirib.
Rusiya işğalına müqavimət göstərmək üçün Ukrayna hər gün 10 min top mərmidən istifadə edir ki, bu da Qərbin arsenalını tükəndirib.
NATO-nun iyulun ortalarında Litvada keçiriləcək sammitində hərbi istehsalın artırılması ilə bağlı qərarların qəbul ediləcəyi gözlənilir.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın "The Guardian” qəzetinə müsahibəsində bildirmişdi ki, Qərb ölkələri Ukraynanı yeni sursat və silahlarla təmin etmək üçün istehsal gücünü artırmalıdır. Onun sözlərinə görə, döyüş sursatlarının hazırkı sərfiyyatı onların hazırkı istehsal tempindən yüksəkdir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər