Rusiya 10 min məhkumu döyüşlərə cəlb edib - Britaniya
2023-cü ilin aprelində Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi üçün 10 minə yaxın məhkumu orduya cəlb edib. Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin analitikləri məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən Rusiya Ukraynadakı hərbi əməliyyatlar məhkumların cəlb edilməsi prosesini gücləndirib.
Bildirilir ki, oğurluq, qarət, narkotik vasitə saxlamaq, sərxoş vəziyyətdə avtomobil idarə etmək və ya alimenti ödəməyə görə saxlanılanlar faktiki olaraq cəzadan azad olunurlar.
"Verstka” saytının məlumatına görə, bir çox hallarda məhkumlar əvvəlcə guya cəbhəyə göndərilir, sonra isə bir neçə həftədən sonra cəzadan azad olunurlar.
"Verstka” saytının məlumatına görə, bir çox hallarda məhkumlar əvvəlcə guya cəbhəyə göndərilir, sonra isə bir neçə həftədən sonra cəzadan azad olunurlar.
Məhkəmələrdə səfərbər olunanların maraqlarını onların qohumları və hətta Federal Penitensiar Xidmətin əməkdaşları təmsil edirlər.
2022-ci ilin yayından etibarən məhbuslar "Vaqner PMC" özəl hərbi şirkəti tərəfindən Ukraynaya göndəriliblər. Lakin şirkət, çox güman ki, 2023-cü ilin fevralında Rusiya Müdafiə Nazirliyi ilə "Vaqner"in rəhbəri Yevgeni Priqojin arasında münasibətin pisləşməsindən sonra Rusiya penitensiar sisteminə çıxışını itirib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər