Sərhəddə baş verən gərginlik sülh sənədini poza bilərmi? - Açıqlama
Mayın 10 və 11-i Ermənistan və Azərbaycan sərhəddində gərginlik baş verib. Nəticədə Azərbaycan Ordusunun bir həbçisi şəhid olub, digəri isə yaralanıb. Baş verən toqquşma nəticəsində Ermənistan tərəfindən 4 hərbçinin yaralandığı bildirilib.
Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüselldə, mayın 19-da isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və Ermənistanın baş naziri Ararat Mirzoyanın görüşü gözlənilir.
Millət vəkili Azər Badamov hesab edir ki, Ermənistan bu təxribatlara əl atmaqla sülh danışıqlarını
manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı razılaşmaları
pozmaq istəyir.
"Ermənistan bu təxribatı bir neçə məqsədlə həyata keçirə bilər. Bir neçə gün əvvəl ABŞ-da xarici işlər nazirlərinin
görüşündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına xidmət edəcək
addımlarda mühüm irəlliləyiş oldu. Ermənistan küncə sıxılmış vəziyyətdədir və
onun ərazi iddiaları, o cümlədən Azərbaycanı ittiham edən yalançı çağırışları
ABŞ-da qəbul olunmadı. Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü
tanıyacağını, o cümlədən işğal altında saxladığı 8 kəndini qaytaracağını bəyan
etməyə məcbur edildi. Ermənistanın Azərbaycanla
münasibətlərinin normallaşması onların havadarlarının ürəyindən olmadı. Onlar
üçün Cənubi Qafqaz regionunda gərginliyin davam etməsi maraqlıdır. Ona görə də
razılaşmış danışıqların nəticələrini heçə endirmək, qarşıdan gələn 14 may
Brüssell və Moldovada nəzərdə tutulmuş görüşləri mənasız etmək üçün Ermənistan havadarlarının tapşırıqı ilə bu təxribatlara
əl atdıldığını hesab edirəm. Məncə bu təxribatlara əl atmaqla Ermənistan sülh
danışıqlarını manipulyasiya etmək və sülh müqaviləsinin imzalanması ilə bağlı
razılaşmaları pozmaq məqsədi güdür. Ermənistanın bu cəhdləri mənasızdır.
Azərbaycanın məqsədi regionda sülh, sabitlik və əməkdaşlığın yaradılmasıdır", - deputat bildirib.
Siyasi ekspert Əziz Əlibəylinin fikrincə, qarşıdurma sülh prosesinə zərbə vuraraq, növbəti müharibəyə yol aça bilər.
"Mayın 9-u faşizm üzərində qələbə münasibəti ilə Moskvada keçirilən görüşdə Paşinyanda iştirak edirdi. Orada Azərbaycan tərəfinin olmaması ilə bağlı xeyli suallar var idi. Çünki prezident həmin vaxt Şuşa gündəliyini daha üstün hesab etdi və xalqa müraciətində açıq mətnlə mesajlar verdi. Bundan dərhal sonra Vaşinqton görüşləri oldu. Qarşıdakı günlərdə isə Brüssel və Moskva görüşləri gözlənilir. Bu baş verən proseslərin kontekstində Moskva sülh prosesi razılaşmasının 10 noyabr müqaviləsinə uyğun olmalı oldğunu və digər tərəflərin burada olmasını məqbul hesab etmədiyini bildirdi. Bu baxımdan Brüssel görüşü öncəsi belə bir prosesin baş verməsi anlaşılan idi. Bəzi Moskvadan idarə olunan güclər sərhəddəki təxribatlarla baş tutacaq görüşləri əngəlləməyə çalışırlar. Məncə qarşıdurma sülh prosesinə zərbə vuraraq, növbəti müharibənin başlanmasına səbəb ola bilər.”, - siyasi ekspert deyib.
Politoloq Qabil Hüseynli bildirir ki, Rusiya sülhyaratma prosesində qərbin, xüsusilədə ABŞ-ın böyük səylərini gördükdən sonra bu proseslərini pozmağa çalışır. Ona görə də, Azərbaycan və Ermənistan sərhəddində toqquşmalar yaradır.
"Məncə bu proseslərin əsas səbəbkarı
Rusiya və onun bölgədəki beşinci kalonunun nümayəndələridir. Rusiya sülhyaratma
prosesində qərbin, xüsusilədə ABŞ-ın böyük səylərini gördükdən sonra, bu
prosesləri pozmağa çalışır. Bu dəfə sülhyaratma prosesinin hayata keçəcəyi kifayət
qədər real görünür. Bu səbəbdəndə Rusiya yeni bir provakasiyaya əl atır və burada
olan özünün əlaltıları ilə toqquşmalar yaradır. Bu addımla Rusiya mayın 14-ü
Brusseldə keçiriləcək siyasi liderlərin görüşünü pozmağa və sülhyaratma
prosesini öz nəzarəti altına almağa çalışır. Atəşkəs rejiminin pozulası
ilə sülhyaratma prosesi yarımçıq qalmayacaq. Qərb dairələri yəqinki bu məsələyə
ciddi münasibət bildirəcəklər və bu prosesi nəzarət altına almaq mümkün olacaq.
Düşünürəm ki, Rusiyanın nə istəyib-istəməməsindən
aslı olmayaraq, qərbin moderatorluğu ilə həyata keçirilən sülh prosesi baş
tutacaq. Qarşıdakı Brüssel və Moldova görüşlərində sülh prosesinin əsas mətninin
hazırlanacağını güman edirəm”, - politoloq bildirib.
Mayın 4-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında əlaqələrin normallaşmasına dair görüşlər keçirilib. Görüş nəticəsində sülh sənədi üzrə bəzi razılıqların əldə olunması təsdiqlənib.
Azərbaycan və Ermənistan arasında sonuncu dəfə gərginlik 2023-cü il martında olub. Bu gərginlikdən sonra Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü bildirib.
Eltac Nurullazadə
Oxşar xəbərlər
Oxşar xəbərlər