Sülh sənədi üzrə əldə olunmuş razılıq ləğv edilə bilər - Paşinyan
Ermənistan-Azərbaycan sərhəddində baş verən gərginlik iki ölkə arasında sülh danışıqlarını poza bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Azərbaycan tərəfi danışıqları pozmağa çalışır. Baş verən hadisə təxribat xarakterlidir və mayın 1-4-də ABŞ-da keçirilən danışıqlarda qeydə alınan irəliləyişi ləğv edə, eləcə də gələcək görüşləri poza bilər", - Paşinyan bildirilib.
Rəsmi Bakı bildirib ki, Ermənistanın sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.
Mayın 10-da Azərbaycan-Ermənistana sərhəddində gərginlik baş verib. Nəticədə Azərbaycanın 1 hərbçisi şəhid, 1hərbçisi yaralanıb. Ermənistan tərəfi 4 hərbçisinin yaralandığını açıqlayıb. Müdafiə Nazirliyindən bildirilib ki, hazırda Basarkeçərin Zod istiqamətində gərginlik davam edir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər