ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib

2023-cü
il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin
qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam
olur. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı
ilə ölkə daxilində və xaricdə "Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər
keçirilib.
Ümummilli Lider Heydər Əliyev hər
zaman xalqımızın xeyriyyəçilik ənənələrini yüksək qiymətləndirmişdir. Bu gün
hər bir vətəndaşımızın üzərinə bu ənənələri davam etdirmək vəzifəsi düşür. Məhz
bu səbəbdən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan
Respublikası Gənclər Fondu, ASAP və Məzun Birliklərini ilə birgə həyata
keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş #ƏNƏNƏ layihəsinə
start verilmişdir. Layihə çərçivəsində ilk görüş 10 may tarixində ASAP və
Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı
ilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin iştirakı
ilə keçirilib. Görüşün nəticəsi olaraq, Məzun Birlikləri ilə xeyriyyə
istiqamətində illik plan hazırlanacaq, mövcud intellektual resurslar vasitəsilə
sosial həssas qruplarla iş, yardım aksiyaları, məzunlar tərəfindən ehtiyacı
olan gənclərə ödənişsiz karyera bələdçiliyi, dil kursları və digər xeyriyyə
tədbirləri həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Gənclər
Fondunun dəstəyi, ASAP Macarıstan və AHAU-nun birgə təşkilatçılığı ilə Macarıstanın
Budapeşt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş
intellektual turnir təşkil olunub. 70-dən çox azərbaycanlı gəncin iştirak
etdiyi turnirdə Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli
həyat yoluna və Azərbaycan tarixinə aid suallar səsləndirilib.
Polşanın paytaxtı Varşava şəhərində
də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və ASAP Polşanın
təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr
olunmuş dəyirmi masa təşkil olunub.
İsrailin Arava şəhərində Azərbaycan
Respublikasının İsraildəki Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP
və Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi İctimai Birliyinin birgə
təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş dəyirmi
masa keçirilib. Görüşdə Beynəlxalq Azərbaycan - İsrail Assosiasiyasının
üzvləri, İsrail Universitetlərindən professorlar və azərbaycanlı gənclər iştirak edib.
Beynəlxalq Azərbaycan - İsrail
Assosiasiyasının və ASAP-ın birgə təşkilatçılığı ilə İsraildə keçirilən digər görüşdə
isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki
rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının
xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs
edilib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğu diqqətə
çatdırılıb.
Çinin paytaxtı Pekin şəhərində isə
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib və
foto sərgi təşkil olunub. Ölkəmizin Çin Xalq Respublikasında olan Səfirliyinin,
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və "Azərbaycan-Çin
Məzunları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Çin
Xalq Respublikasında təhsil alan azərbaycanlı gənclər iştirak etmişdir.
Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı
bildirib ki, müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş,
azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz
olan Ulu Öndər Heydər Əliyev bu gün bütün dünyada Azərbaycan dövlətinin
xilaskarı kimi qəbul edilir. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada
qazandığı yüksək nüfuzunu qiymətləndirərkən Heydər Əliyevin xalqımız və
dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri göz önündə canlanır. Daha sonra foto
sərgiyə baxış olmuşdur. Bu tədbir eyni zamanda ölkəmizin Çin Xalq
Respublikasındakı Səfirliyinin və ASAP-ın birgə fəaliyyəti ilə ASAP Çin
nümayəndəliyinin formalaşmasına zəmin yaratmışdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 