İsrail Prezidenti Azərbaycana gəlir- GÖZLƏNTİLƏR
İsrail prezidenti İshaq Hersoq mayın 30-31-də Azərbaycana səfər edəcək. Bu barədə "Azfront" kanalı məlumat yayıb.
Bildirilir ki, onu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edəcək.
Bildirilir ki, onu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edəcək.
Politoloq Tural İsmayılov bildirib ki, İsrail Prezidentinin Azərbaycana gəlişi ölkələr arasındakı dostluq münasibətlərini daha da gücləndirəcək.
"İsrail
və Azərbaycan arasındakı münasibətlər kifayət qədər yaxşı vəziyyətdədir. Bu
yaxınlarda İsrailin yüksək rütbəli rəsmilərinin Azərbaycana səfərlərinin sürətlənməsi
Azərbaycanla İsrail arasındakı dostluq və əməkdaşlığın növbəti mərhələsini təşkil
edir. İsxak Herzoqun
Azərbaycana səfəri çərçivəsində iki ölkə arasıdakı münasibətlərin gələcəyi və
strateji layihələrlə bağlı önəmli məsələlər müzakirə ediləcək. Düşünürəm ki, bu
səfər hər-hansı üçüncü ölkəni narahat etməməlidir”, - politoloq bildirib.
Millət vəkili Elman Nəsirovun sözlərinə görə, Azərbaycan İsrail münasibətlərinin inkişafı heç bir halda üçüncü tərəfi hədəfə almır.
"Azərbaycan
İrail münasibətləri heç bir halda üçüncü dövləti hədəfə almayıb və bu antiİran
addım deyil. Düşünürəm ki, İsrail Prezidentinin Azərbaycana səfərinə başqa bir
bucaq altından qiymət verməyin heç bir əsası yoxdur. Hər iki dövlət müstəqil
dövlətdir. Azərbaycanın İsraillə qarşılıqlı təmasları onun xarici siyasətində həyata
keçirdiyi iki tərəfli münasibətlər formatıdır. Bizim eyni məntiqlə İranla da
mehriban qonşuluq münasibətlərimiz var. Amma bir çox hallarda biz görürük ki,
İranın yüksək rütbəli məmurları, ali siyasi rəhbərliyi anti Azərbaycan siyasəti
yeridərək Ermənistanın yanında yer alır. Biz dəfələrlə İran tərəfindən Azərbaycana
qarşı təxribatlar görmüşük. Bu təxribatlar İkinci Qarabağ müharibəsi öncəsidə
olub, müharibə davam edtiyi dövürdə və xüsusilə müharibədən sonrakı dövrdə
intensiv xarakter alıb. Ona görə də İran tərəfindən hər-hansı bir təxribatın
törədilməsi istisna deyil. Ona görə də İran tərəfi anlamalıdır ki, Azərbaycanla
terror dili ilə danışmağın heç bir mənası yoxdur və təxribatlar İranın özü üçün
təhlükəli prespektiv müəyyən edir”, - millət vəkili
bildirib.
2023- cü ilin yanvarın 11-də Prezidentin sərəncamı ilə Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu ilin martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub.
Bu ilin martın 29-da İsrailin paytaxtı Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olub.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər