Qazaxıstanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın Azərbaycandakı yeni səfiri Alim Bayel ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
Ceyhun Bayramov səfir Alim Bayeli təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və qardaş Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Öz növbəsində, səfir Alim Bayel diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Qazaxıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu bildirən səfir Alim Bayel, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini ifadə edib.
Görüş zamanı, habelə beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının vacib olduğu vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər