• $
  • £

Azərbaycan xarici işlər nazirinin müavini Albaniyada səfərdə olub

Azərbaycan xarici işlər nazirinin müavini Albaniyada səfərdə olub
11.05.2023 20:46
Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Albaniyada işgüzar səfərdə olub.

Səfər çərçivəsində Albaniya xarici işlər nazirinin müavini Megi Fino, Albaniya Prezidentinin xarici siyasət üzrə müşaviri Fatmir Çela, Albaniya Baş nazirinin xarici siyasət üzrə müşaviri Odeta Barbulişi, Albaniya Parlamenti sədrinin kabinetinin rəhbəri Kosta Baryaba, sədrin müşaviri Ejona İsufay və Albaniya Parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Anila Denay ilə görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan və Albaniya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və post-münaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb.

Səfər vaxtı Albaniyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri ilə keçirilmiş görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Albaniya-Azərbaycan münasibətləri, regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol