Türkiyədəki seçkilər Cənubi Qafqaz regionuna necə təsir edəcək? - GÖZLƏNTİLƏR

Mayın 14-də Türkiyədə prezident
seçkiləri keçiriləcək. Türkiyənin builki seçki siyahılarına görə, səsvermə hüququ olan 62 milyon vətəndaş seçkilərdə iştirak edəcək. Onların arasında beş milyon gənc seçici həyatlarında ilk
dəfə səs verəcəklər.
Bu seçkilərə Azərbaycan cəmiyyətində də maraq var. Azərbaycan-Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır. Son anket sorğularına nəzər saldıqda, Kamal Kılınçdaroğlunun Türkiyədə keçiriləcək növbəti Prezident seçkilərində qalib olmaq ehtimalı var. Məşhur "Konda” araşdırma mərkəzinin anketinə görə CHP namizədi Kamal Kılıçdaroğlu 49,3 səslə Prezident Rəcəb Tayyip Erdoğanı üstələyir.
AXCP-nin sədr müavini Seymur Həzi Kamal Kılınçdaroğlunun prezident seçilməsinə nikbin yanaşır. Onun sözlərinə görə, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi Cənubi Qafqazda daha çox sülhə xidmət edə bilər.
Ağ Partiyanın sədri Tural Abbaslı bildirir ki, Kılıçdaroğlu hakimiyyətə gələrsə, bu Türkiyə-Azərbaycan münasibətlərinə neqativ təsir göstərəcək.
Eltac Nurullazadə
www.anews.az
Bu seçkilərə Azərbaycan cəmiyyətində də maraq var. Azərbaycan-Türkiyə münasibətləri baxımından qarşıdan gələn seçkilərin həssaslığı anlaşılandır. Son anket sorğularına nəzər saldıqda, Kamal Kılınçdaroğlunun Türkiyədə keçiriləcək növbəti Prezident seçkilərində qalib olmaq ehtimalı var. Məşhur "Konda” araşdırma mərkəzinin anketinə görə CHP namizədi Kamal Kılıçdaroğlu 49,3 səslə Prezident Rəcəb Tayyip Erdoğanı üstələyir.
Politoloq Elçin Mirzəbəyli bildirir ki, Kamal Kılıçdaroğlunun hakimiyyətə
gəlməsi Türkiyənin Cənubi Qafqazdakı hazırki mövqeyini dondura bilər.
"Mövcud olan anketlər fərqlidir.
Adətən anketlər piar xarakteri daşıyır. Sorğu keçirən şirkətlərin bir hissəsi qərb
institutlarını təmsil edir və onlarda açıq şəkildə CHP lideri Kılınçdaroğlunun
təbliğatını aparırlar. Faktiki olaraq Türkiyədəki seçki prosesinə müdaxilə
edirlər. Bu anketlərin içərisində neytral olanlarda var. Həmçinin hakim
partiyanın nəzarətində olan sorğu agentlikləridə var. Ona görə də bu sorğuların
nəticələri reallığı əks etdirmir. Kılıçdaroğlu əgər qalib gələrsə, Türk və
islam dünyasında olan liderlər onunla yola getməyəcəklər. Bu reallıqdır və
Türkiyə 1990-cı illərin Türkiyəsinə cevriləcək. Həmçinin o hakimiyyətə gəlsə
belə, onun hakimiyyətdə çox qalacağını düşünmürəm. Çünki, müəyyən layihələrdə
onun gerçək siması açıq şəkildə ortaya çıxmaqdadır. Onun hakimiyyətə gəlməsi Cənubi
Qafqazdakı proseslərə mənfi təsir göstərəcək və onun hakimiyyəti olduğu müddətdə
də Cənubi Qafqazda hər-hansı bir irəliləyişin baş verəcəyini gözləmirəm”, -
politoloq bildirib.
AXCP-nin sədr müavini Seymur Həzi Kamal Kılınçdaroğlunun prezident seçilməsinə nikbin yanaşır. Onun sözlərinə görə, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi Cənubi Qafqazda daha çox sülhə xidmət edə bilər.
"Düşünürəm ki, Kılıçdaroğlunun
prezident seçilməsi nəticəsində Türkiyənin Cənubi Qafqaz siyasətində irəliləyiş
olacaq və Rusiyasız bir Cənubi Qafqaz siyasəti yürüdüləcək. Yəni Türkiyə Rusiya
ilə hansısa şəkildə razılaşma əsasında Cənubi Qafqaz siyasəti yürütməyəcək və
müstəqil şəkildə bunu həyata keçirəcək. Məncə bu da daha çox sülhə xidmət edəcək.
İpək yolu haqqındakı layihəyə görə, Kılınçdaroğlunu tənqid edirlər. Mən bu tənqidləri
əsaslı görmürəm. Çünki, faktiki tarixi ipək yolunun coğrafiyası bəllidir. Əgər
Azərbaycan Naxçıvan üzərindən kommunukasiyaları bərpa edəcəksə, bundan sonrakı
mərhələdə Azərbaycanın İpək Yolu qovşağından kənarda qalması mümkün deyil.
Bunun üçün ilk növbədə Azərbaycan sülhə nail olmalıdır. Türkiyə, Naxçıvan və Azərbaycan
quru yolları kommunukasiyası tamam bərpa olunandan sonra Azərbaycanın
alternativlər irəli sürmək imkanları olacaq. Hazırda isə bu yol olmadığına görə,
irəli sürülən layihə yeganə yoldur”, - siyasətçi bildirib.
Ağ Partiyanın sədri Tural Abbaslı bildirir ki, Kılıçdaroğlu hakimiyyətə gələrsə, bu Türkiyə-Azərbaycan münasibətlərinə neqativ təsir göstərəcək.
"Əgər Ərdoğan hakimiyətdən
gedərsə, birmənalı olaraq bu Türkiyənin Cənubi Qfqaz siyasətinə mənfi təsir edəcək.
Uzun illərdir Azərbaycan və Türkiyə iqtidarının qurduğu münasibətlər var. Eyni
zamanda Azərbaycanda baş verən proseslərə bağlılıq məsələsi var. Kılıçdaroğlu
seçildiyi halda, heç bir şeyi dəyişmək istəmiyəcək və indiki halda Azərbaycanla
münasibətlərə davam edəcək. Bu halda ona və komandasına ən azı il yarım vaxt
lazım olacaq ki, proseslərə müdaxilə edə bilsinlər. Bu bir il yarım vaxtda Azərbaycan
üçün çox önəmlidir. Çünki hələdə Azərbaycanda Qarabağ və sərhəd məslələri həll
olunmayıb. Eyni zamanda Rusiya və İranla olan problemlərdə öz həllini tapmayıb.
Düşünürəm ki, Kılıçdaroğlunun hakimiyyətə gəlməsi Cənubi Qafqazda Türkiyənin varlığını şüphə altına
salacaq. Ona görə də Ərdoğanın hakimiyyətdə qalması Azərbaycan və region üçün
çox önəmlidir”, - partiya sədri bildirib.
Ötən cümə axşamı "Məmləkət" Partiyasının lideri
Məhərrəm İncə prezident seçkilərində iştirakdan imtina etdiyini açıqlayıb.
Səbəb kimi o, təfərrüatları dəqiqləşdirmədən ona müxtəlif təxribatlar, ittihamlar
və dezinformasiyalar şəklində təzyiqlər olduğunu göstərib. Türkiyənin siyasi dairələrindən verilən
məlumata görə, siyasətçi sosial şəbəkələrdə onun iştirakı ilə bağlı
qeyri-əxlaqi videogörüntülərin yayılmasından sonra seçkilərdə iştirakdan imtina
etmək qərarına gəlib.
Türkiyənin hazırkı prezidenti Ərdoğan
və müxalifət lideri Kamal Kılıçdaroğlu ən yüksək dövlət postuna əsas namizədlər
hesab edilir. Birinci turda qalib gəlmək üçün 50% səs və bir səs toplamaq
lazımdır. Əks
halda ikinci tur mayın 28-də baş tutacaq. Analitiklər Türkiyədə seçkilərin iki
turda keçiriləcəyini istisna etmirlər.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər