• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Platforma təsis edilib

Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Platforma təsis edilib
12.05.2023 18:22
İslam Əməkdaşlığı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın Borneo adasında keçirilən ətraf mühitin müdafiəsi sahəsində beynəlxalq simpoziumda "Mina Qurbanlarının Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Gənclik Platforması” təsis edilib.

Bununla əlaqədar, simpoziumun "Gənclərin Minalarla Mübarizəsi” mövzusu ətrafında beynəlxalq ekspertlər və ASEAN regionundan olan çoxsaylı gənc fəalların iştirakı ilə keçirilən iclasında müvafiq bəyanat qəbul edilib.

İclasda çıxış edən Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev, Cənubda Dayanıqlı İnkişaf Komissiyasının direktoru Qayser Nəvab, İƏGF Avrasiya Regional Mərkəzin icraçı direktoru Vüsal Qurbanov, Bosnia-Hersoqovina Mülki Müdafiə Federal Agentliyin nümayəndəsi Majda Kovaç münaqişələrin ağır nəticəsi olan minaların bəşəriyyət üçün törətdiyi fəsadlar fonunda yaradılan platformanın əhəmiyyətindən, onun perspektivlərindən bəhs ediblər.

İclasda çıxış edən ANAMA-nın departament müdiri Ramil Əzizov erməni işğalı dövründə Qarabağda yüzminlərlə minanın basdırılması, yalnız son iki ildə 300-dən çox Azərbaycan vətəndaşının minaların qurbanı olması, Ermənistan hökumətinin minaların yalnız iyirmi beş faizi haqqında xəritələrin Azərbaycana verilməsi barəsində ətraflı məlumat verib.

Borneo simpoziumunun nəticəsində yekdilliklə qəbul edilən "Gənclərin Minalarla Mübarizəsi” adlı bəyanatda BMT, İƏT və ASEAN kimi qurumların sülh və təhlükəsizlik prinsipləri əsas götürülərək, yeni təsis edilən platformanın beynəlxalq və regional təşkilatlarda mina qurbanlarının haqlarının qorunması məsələsinin qaldırılması əsas vəzifə kimi göstərilib. Eyni zamanda zərərçəkmiş mülki əhaliyə hüquqi yardımın göstərilməsi, həmçinin minalarla mübarizə sahəsində məlumatlılığın artırılması məqsədilə müvafiq təhsil proqramlarının həyata keçirilməsi də platformanın vacib fəaliyyət istiqamətin təşkil edəcək.

Bəyanatda Platformanın bu ilin payızınadək tam təşkilatlanması hədəf olaraq göstərilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
Siyasət 11:03
İlham ƏIiyev “Barselona” Futbol Klubunun prezidentini qəbul edib
Azərbaycan səfiri yaponiyalı həmkarı ilə görüşüb
Siyasət 08:49
Azərbaycan səfiri yaponiyalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 19:00
Ceyhun Bayramov pakistanlı həmkarı ilə telefonla danışıb
XİN-dən fransalı nazirə cavab
Siyasət 18:27
XİN-dən fransalı nazirə cavab
XİN Rəsmi İrəvana cavab verib
Siyasət 16:35
XİN Rəsmi İrəvana cavab verib
Qanunların dili aydın olmalıdır - Deputat
Siyasət 12:31
Qanunların dili aydın olmalıdır - Deputat
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Siyasət 11:34
Ümid edirik meyitdən donor köçürülməsi davamlı olacaq - Rəşad Mahmudov
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:05
Milli Məclisin növbəti iclası başlayıb
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Siyasət 21:07
Rəsmi Bakıdan İrəvanın Sumqayıt hadisələri ilə bağlı iddialarına cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol