• $
  • £

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb
12.05.2023 22:53

11 may 2023-cü il tarixində Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.

Bəyanatda, cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.

Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.

Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma "məhkəmə prosesi”, "Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revaşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.

Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.

Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol