• $
  • £

Azər Badamov: Ermənistan təxribatlar törətməklə Azərbaycanla sülh danışıqlarına hazır olmadığını göstərir

Azər Badamov: Ermənistan təxribatlar törətməklə Azərbaycanla sülh danışıqlarına hazır olmadığını göstərir
12.05.2023 23:37

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutaraq vəziyyəti qəsdən gərginləşdirilməsi Ermənistanın hazırladığı təxribat planının tərkib hissəsidir.

Bu barədə Milli Məclisin deputatı Azər Badamov bildirib.

Azər Badamov deyib ki, Brüssel görüşü öncəsi belə bir təxribatı törətməklə Ermənistan Azərbaycanla sülh danışıqlarına hazır olmadığını nümayiş etdirdi: "Həm də ABŞ-da keçirilən 4 günlük danışıqlarda Ermənistan küncə sıxılmış vəziyyətə düşmüş və bir çox məsələlərdə Azərbaycanla razılaşmağa məcbur olmuşdu. ABŞ görüşündən sonra Paşinyan işğal altında saxladıqları Azərbaycanın kəndlərini qaytarmağa hazır olduğunu da bildirdi. Ondan əvvəl isə Praqda və Soçidə keçirilən görüşlərdə Ermənistanın Baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə uyğun sərhədlərin müəyyənləşdirilməsinə razı olduğunu bildirmişdi. Paşinyanın Azərbaycanla müəyyən məsələlərdə razılaşması həm onun havadarları tərəfindən, həm də ölkə müxalifəti tərəfindən təpki ilə qarşılanmışdı. Paşinyan bu təxribat planını reallaşdırmaqla ölkələrimiz arasında razılaşdırılmış məsələlərinin qüvvəsini itirdiyini bildirdi. Yəni əvvəl bəyan etdiyi Azərbaycanın ərazisi bütövlüyünü tanıması ilə bağlı dediyi fikirləri də geri çəkdiyini bildirdi. Paşinyan bununla ona qarşı olan qüvvələri sakitləşdirəcəyini düşünür. Paşinyanın vəziyyəti düşünülmüş şəkildə gərginləşdirməklə Brüsseldə keçiriləcək görüşün mənasızlaşdığını və orda hər hansı bir məsələ ilə bağlı razı olmayacağını ifadə etdi. Təbii ki, Ermənistanın törətdiyi bütün təxribatların qarşısı çox ciddi şəkildə cavab verməklə alınır”.

Deputatın sözlərinə görə, Ermənistana gün kimi aydındır ki, döyüş meydanında Azərbaycanın Müzəffər Ordusu ilə heç vaxt qarşı-qarşıya gələ bilməzlər: "Amma düşünülmüş şəkildə vəziyyəti gərginləşdirməsinin məqsədi birmənalı olaraq sülh müqaviləsinin imzalanması prosesini arxa plana atmağa cəhddən başqa bir şey deyil. Dünyada sülh müqaviləsi imzalamadan yaşayan ölkələr çoxdur. Ermənistan əgər sülhü istəmirsə, o da sülh imzalamayan ölkələrdən biri olacaq. Bu da Ermənistanın uzun müddət dalanda qalması və forpost dövlət kimi sürünməyinə davam etməsi deməkdir”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Siyasət 21:23
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Siyasət 13:18
Onlar xüsusi təqaüd alacaq - Sərəncam
Prezident İran səfirliyinə gedib
Siyasət 13:14
Prezident İran səfirliyinə gedib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Siyasət 09:41
Azərbaycan qaz ixrac etdiyi ölkələrin sayına görə dünyada birincidir – Prezident
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Siyasət 20:30
Azərbaycanın Küveytdəki səfirliyi vətəndaşlara çağırış edib
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Siyasət 15:47
Prezident ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasından danışdı
Prezident sərəncam imzalayıb
Siyasət 15:25
Prezident sərəncam imzalayıb
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Siyasət 15:16
Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefonla danışıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol