ROKETSAN-ın istehsal etdiyi CENK ballistik raketi sınaqdan keçiriləcək
Türkiyənin ROKETSAN şirkətinin istehsal etdiyi ilk orta mənzilli CENK ballistik raketinin qısa zamanda sınaq atışını həyata keçirəcəyi gözlənilir.
Yerli istehsal mühərrik və yanacaq sistemləri olan ballistik raketin 1000+ kilometr mənzilə sahib olacağı gözlənilir.
Qeyd edək ki, ballistik raketlər bir və ya bir neçə kimyəvi, bioloji, nüvə və yaxud konvensional döyüş başlığı daşıyan və döyüş başlıqlarını müxtəlif hədəflərə yönəldə bilən raket sistemləridir. Döyüş başlığı, mühərrik, yanacaq çəni və s. kimi sistemdən ibarət ballistik raketlərin, adətən yalnız döyüş başlıqları hədəfə çatır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər